Əsas Səhifə > SİYASƏT > Məcnun Məmmədov Qusarda vətəndaşları qəbul edib
Məcnun Məmmədov Qusarda vətəndaşları qəbul edibBu gün, 16:13 |
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qusar rayon icra hakimiyyətinin binasında Qusar, Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarından olan vətəndaşları qəbul edib. Şəffaflıq.az bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, qəbulda vətəndaşların müraciəti əsasən subsidiyaların verilməsi, torpaq sahəsinin ayrılması, texnika ilə təmin olunma, fitosanotar və laborator xidmətlər, baytarlıq xidmətləri ilə təmin olunma, təsərrüfatın qurulması və genişləndirilməsinə dəstək və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Geri qayıt |