Əsas Səhifə > SİYASƏT > Şamaxıda toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib

Şamaxıda toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib


Bu gün, 15:50


Şamaxıda mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı təşkil olunub.

Şəffaflıq.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin yüksək məhsuldarlığa malik, sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxumlara əlçatanlığını təmin etmək, yerli istehsalçıların məhsullarını geniş auditoriyaya təqdim etmək və toxumçuluq sahəsində dövlət-özəl tərəfdaşlığını gücləndirməkdir.

Məlumata görə, tədbirdə Şamaxı, Oğuz, Qobustan və İsmayıllı rayonlarından olan toxum istehsalçıları, eləcə də toxum istehsalı və emalı ilə məşğul olan şirkətlər iştirak ediblər. Toxumçular öz məhsullarını sərgiləyib, müxtəlif növ toxum nümunələrini nümayiş etdiriblər.

Yarmarkada nazirlik tərəfindən vahid stend altında ölkə üzrə sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri təqdim olunub. Yarmarka çərçivəsində təşkil olunan maarifləndirici sessiyalarda mütəxəssislər fermerlərə bölgənin aqroiqlim və torpaq xüsusiyyətlərinə uyğun toxum sortlarından-"Ləyaqətli-80", "Yubiley-90", "Qobustan", "Gaudio", "Maurizio", "Lucilla" yumşaq buğda sortlarından, eləcə də "Dəyanətli" və "Finola" arpa sortlarından istifadə etməyi tövsiyə ediblər. Bu sortlar yüksək məhsuldarlığı və bölgənin torpaq-iqlim şəraitinə uyğunluğu baxımından seçilir və fermerlər bu toxum sortlarından istifadə etməklə daha dayanıqlı və səmərəli nəticələr əldə edə bilərlər.

Aqrar Biznes Festivalının sərgi zonasında yerli kənd təsərrüfatı məhsulları, innovativ texnologiyalar və ağıllı təsərrüfat sistemləri nümayiş etdirilib. Sərginin startap bölməsində aqrar startapçılar və ölkədə süni intellektin tədris olunduğu universitetlərin tələbələri məhsul və prototiplərini təqdim ediblər.

Payızlıq əkinlər ərəfəsində toxum sərgi-satış yarmarkalarının ölkənin müxtəlif bölgələrində keçirilməsi planlaşdırılır.


Geri qayıt