Əsas Səhifə > Maraqlı > Günün qoroskopu:işgüzar müstəvidə yeni layihələrə başlamaq üçün əlverişli gün deyil.

Günün qoroskopu:işgüzar müstəvidə yeni layihələrə başlamaq üçün əlverişli gün deyil.


13-01-2019, 00:07
 
ŞƏFFAFLIQ.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - neytral gündür. Başgicəlləndirici uğurlar olmayacaq, amma ciddi problemlər də yaranmayacaq. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları, ixtilaflar ola bilər. Kimsənin xətrinə dəymədən mövqelərinizi müdafiə edin. Gəlirlər çox olmasa da, vaxtındadır.
Romantik hisslər yaşamınıza müxtəliflik gətirəcək.
Yaşam potensialı səviyyəsi yüksəkdir. Əhvalınız yaxşıdır. Səhhətinizdə problemlər yaranmayacaq.
Günün ikinci yarısında başalayacağınız işdə əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz.
Buğa - sakit və məhsuldar iş günüdür. Yarımçıq işləri başa vurmamış yeni işlərə başlamayın. Əks təqdirdə tələsiklik və vurnuxma yarana bilər. İşgüzar təmaslarda diqqətli olun. İndiyədək əməkdaşlıq etmədiyiniz insanların sizi qeyd-şərtsiz dəstəkləyəcəklərini düşünməyin.
Kiçik maliyyə itkiləri istisna deyil.
Alış-veriş etmək olar. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə güvənməyin, öz ağlınızla hərəkət edin.
Mübahisəli əmlakla bağlı mürəkkəb məsələləri həll etmək olar.
Əkizlər - peşəkar fəaliyyət üçün çox məhsuldar gündür. İşdəki əhəmiyyətli uğurlarınız ən cəsarətli gözləntilərinizi də üstələyəcək. Yeni müttəfiqlər və tərəfdaşlar tapa bilərsiniz. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insan sizə önəmli dəstək verəcək.
Daşınmaz əmlakla bağlı məsələlərin həlli, habelə səfər və ya səyahətə hazırlaşmaqla məşğul olmaq mümkündür.
Günün ikinci yarısı romantik tanışlıqlar və görüşlər üçün əlverişlidir. Yaxın ətrafınızdakı insanlar sizə laqeyd deyillər.
Sürpriz və hədiyyələr istisna deyil.
Xərçəng - birmənalı olmayan gündür. Çətinliklər istisna deyil. Döyüşkən olun. Məqsədə doğru hərəkətinizdə çətinliklər yaranarsa, sədləri dəf edin.
Qətiyyət və iradəniz yaxın ətrafınızdakı insanlarda sizinlə bağlı xoş təəssürat yarana bilər.
Sizə yardım və dəstək təklif olunacaq. Maraqlı işgüzar təkliflər istisna deyil. İş yerinizi daha maraqlı, maaşın daha çox olduğu məkana dəyişə bilərsiniz.
Ev işləri üçün uğurlu gündür. Kulinar eksperimentlər aparmayın.
Axşam saatlarında qonaqlarınız olacaq.
Şir - istənilən formatda ünsiyyət üçün münasib gündür. Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın. İndiyədək gərgin münasibətlərdə olduğunuz insanlarla təmasları normallaşdırın. Bədxah və rəqiblərinizi diqqətdə saxlayın, küsənləri barışdırın.
Dəvət edildiyiniz tədbirdə arzuolunan qonaq olacaqsınız.
Faydalı tanışlıqlara nail ola bilərsiniz.
İşgüzar səfər və ya səyahət pis alınmayacaq.
Planlaşdırılmamış alış-veriş etmək olar.
Gerçəkdən də, tələbatınız olan əşyalar alın. Yaxınlarınız, o cümlədən yaşlı qohumlarınız məsləhətlərinizə qulaq asırlar.
Qız - işgüzar danışıqlar və görüşlər pis keçməyəcək. Yeni tanışlıqlar və layihələrin təşəbbüskarı olun. Liderlik məziyyətlərinizi parlaq şəkildə nümayiş etdirin. Əvvəllər sizi görməməyə çalışan insanlar belə, artıq uğurlarınızı etiraf etməlidir.
Peşəkar fəaliyyət müstəvisində irəliləyiş ola bilər.
Şəxsi münasibətlər müstəvisində durum o qədər də yaxşı deyil. Mənfi təmayüllərin təsiri güclənir. Yaxınlarınızla fikir ayrılıqları yaranır. Tamamilə önəmsiz məsələyə görə sevdiyiniz insanla mübahisə riski var.
Axşam saatlarında səhhətinizə fikir verin.
Tərəzi - həddən ziyadə uğurlu gündür. Qarşınıza çıxan ciddi məsələlərin öhdəsindən uğurla gəlməyə çalışın. Problemlər gözlədiyinizdən artıq olsa belə, geri çəkilməyin, ruhdan düşməyin. Diskussiyalarda mövqeyinizi müdafiə edin. Haqlı olduğunuzu opponentləriniz də etiraf edəcəklər.
Hədiyyə və sürprizlər ola bilər.
Qəfil səmimi etiraflar gözləyin. Sırf dostyana başlayan münasibətlər sonradan intensivləşə bilər. Diqqət mərkəzində ola biləcəyiniz tədbirlərin təşkilatı üçün yaxşı gündür.
Əqrəb - günün ilk yarısında mənfi təmayüllərin təsiri güclüdür. Saatlar keçdikcə problemlərin ağırlığı azalır, işlər rəvan məcraya düşür. Səhər saatlarında ailədə yaxınlarınız, sonra isə işdə həmkarlarla fikir ayrılıqlarından yayınmaq mümkün deyil.
Günün ikinci yarısına yaxın işlərdə aktiv olun.
Diqqət və fəallıq tələb edən prosesə başlamaq olar. Yalnız sizinlə yox, yaxın ətrafınızdakı insanlarla bağlı mürəkkəb məsələləri həll etmək olar. Önəm verdiyiniz insanların maraqlarını nəzərə almağa çalışın.
Oxatan - istənilən çətinlikli problemləri həll etmək üçün uğurlu gündür. Nikbin olun. Yaxın ətrafınızdakı insanlar sizinlə ünsiyyətdən neqativ emosiyalar almamalıdır.
Yaradıcı niyyətlərinizdən və ya planlarınızdan birini reallaşdırmaq imkanı yaranır. Yeni işdə uğur qazana bilərsiniz. Maliyyə baxımından əlverişli gündür.
Ev işlərinin öhdəsindən asanlıqla gələcəksiniz. Ailə üzvləriniz və yaxınlarınız sizə dəstək verəcəklər.
Axşam saatlarında istirahət üçün yetərincə vaxt tapın.
Yaşam potensialı səviyyəsi yüksək olduğundan ifrat yorğunluq hiss etməyəcəksiniz.
Oğlaq - ehtiyatlı olun. Ciddi səhv etmək riski var. Sonradan bu səhvin fəsadlarını aradan qaldırmaq asan olmayacaq.
Həlli hələlik mümkünsüz problemlərlə qarşılaşanda ruhdan düşməyin.
İşdə və evdə fikir ayrılıqları ola bilər.
Kimsədən dəstək almadığınızı düşünə bilərsiniz. Belə deyil: sadəcə, yardımı dürüst qaydada istəmirsiniz.
Yaşam potensialının səviyyəsi aşağıdır. Xroniki ağrıların kəskinləşməsi riski var. Zərərli vərdişlərdən imtina etdin
Günün normal rejiminə riayət edin.
Dolça - yeni problemlər və qayğılar vəd etməyən, sakit keçəcək bir gündür. Əvvəlcədən hazırlanmış plana uyğun hərəkət etmək olar. Başladığınız işləri bitirin. Yeni işgüzar perspektivlər yaranır. Maraqlı təkliflər istisna deyil. Tələsməyin. Bir qədər sonra daha məqbul təkliflər alacaqsınız.
Yaxın ətrafınızdakı insanlarla dil tapın. Gərginlik vəd edən təmaslardan yayının. Dostlar sizi yaxşı xəbərlərlə, sevdiyiniz insan xoş sürprizlə sevindirəcək.
Yaşam potensialı səviyyəsi yüksəkdir.
Səhhətinizdə problemlər yaranmayacaq.
Balıqlar - işgüzar müstəvidə yeni layihələrə başlamaq üçün əlverişli gün deyil. Uzunmüddətli əməkdaşlığın şərtlərini müzakirə etməyin.
Başqa zaman əsla fikir vermədiyiniz məsələləri indi ürəyinizə salmayın. Boş işlərə görə nigaran qalmayın. Yaxın ətrafınızdakı insanlar bütün bunları hiss edirlər. Özündən bədgüman, hər işdə şübhələnən, işlərdə o qədər də etibarlı olmayan tərəfdaş təsiri bağışlamayın.
Axşam saatları istirahət, bəyəndiyiniz insanlarla xoş söhbət üçün əlverişlidir. İmiclə bağlı eksperimentlər etməyin. Nəticə xoşunuza gəlməyəcək.
Milli.Az
Geri qayıt