Əsas Səhifə > REGİON > Gürcüstanda Azərbaycanla sərhəddə zəlzələ olub

Gürcüstanda Azərbaycanla sərhəddə zəlzələ olub


Bu gün, 09:30


Gürcüstanın Azərbaycanla sərhəd ərazisində 3 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Şəffaflıq.az Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 08:18-də Gəncədən 61 km şimalda Gürcüstan ərazisində qeydə alınıb.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.


Geri qayıt