Əsas Səhifə > ELM VƏ TƏHSİL > Şöbə müdiri: Sertifikasiya imtahanında fərqli bal toplayanlarda maaş artımı eyni olmamalıdır

Şöbə müdiri: Sertifikasiya imtahanında fərqli bal toplayanlarda maaş artımı eyni olmamalıdır


Bu gün, 12:24


Sertifikasiya imtahanında fərqli bal toplayanlarda maaş artımı eyni olmamalıdır. 

Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin rəhbəri Adil Vəliyev Elm və təhsil komitəsinin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, sertifikasiya imtahanından keçən müəllimlərin maaşlarında düzgün proporsional artım nəzərdə tutulmayıb: 

"Milli Məclisə bununla bağlı çoxsaylı müraciətlər edilir. Məsələn, 31 bal yığan müəllimlə 50 bal yığan müəllim eyni artımı - cəmi 10 faizi ala bilir. Təklif edirəm ki, 41-50 bal arası toplayan müəllimlərin maaş artımı 20-25 faiz olsun".


Geri qayıt