Əsas Səhifə > Hadisə > Ağcabədidə doğuş zamanı anası ölən körpənin son durumu açıqlanıb
Ağcabədidə doğuş zamanı anası ölən körpənin son durumu açıqlanıbBu gün, 12:22 |
Ötən gün Ağcabədidə dünyaya gələn körpə tibb müəssisəsindədir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Bu barədə TƏBİB-dən bildirilib. 2005-ci il təvəllüdlü hamilə dəqiqləşdirilməmiş preeklampsiya diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub, qadın uşaq dünyaya gəldikdən sonra Hamiləliyinin 37-ci həftəsində olan pasiyent 15 dəqiqə ərzində müvafiq müayinə olunduqdan sonra stabilləşdirilərək, təxirəsalınmaz əməliyyata alınıb və boyu 47 sm., çəkisi 2 200 qram olan körpə (kişi cinsli) dünyaya gəlib. Əməliyyatdan sonrakı dövrdə saat 06:30-da ananın ürək fəaliyyəti dayandığından müvafiq reanimasiya tədbirlərinə başlanılıb. Həkimlərin çoxsaylı səylərinə və göstərilən yardımlara baxmayaraq saat 06:45 radələrində bioloji ölüm faktı qeydə alınıb. Meyit təşriş olunması üçün Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nə təhvil verilib. Hadisə ilə əlaqəli Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır. Hazırda körpə tibb müəssisəsindədir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Şəffaflıq.az Geri qayıt |