Əsas Səhifə > Hadisə > Babək rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var
Babək rayonunda avtomobillər toqquşub, xəsarət alanlar varBu gün, 11:08 |
Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonunda avtomobil qəzası olub, üç nəfər xəsarət alıb. "Report"un yerli bürosunun məlumatına görə, hadisə Naxçıvan-Ordubad magistral yolunda baş verib. Qəza zamanı 72-BF-163 dövlət nömrə nişanlı "VAZ 2107" və 67-AA-032 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü Novruzov Orxan Nüsrət oğlu, Əkbərov Səfər Mahmut oğlu və 1989-cu il təvəllüdlü Rzayev Rahib Elxan oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |