Əsas Səhifə > Hadisə > Ağdamda 16 yaşlı qızı zorlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb
Ağdamda 16 yaşlı qızı zorlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıbBu gün, 11:39 |
Ağdam rayonunun Yuxarı Yüzbaşılı kəndində yaşayan 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə ailəsinə xəbər verib. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, zərərçəkən qızın ailəsi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. DİN Mətbuat Xidmətinin regional qrupundan verilən məlumatda bildirilib ki, Ağdam rayonunda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub. Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir. Geri qayıt |