Əsas Səhifə > İnfrastruktur > Zaur Mikayılov: "Bakı Su Həftəsində bir sıra müqavilə imzalanacaq"

Zaur Mikayılov: "Bakı Su Həftəsində bir sıra müqavilə imzalanacaq"


Bu gün, 10:38


Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində bir sıra mühüm anlaşmanın əldə edilməsi və müqavilələrin imzalanması nəzərdə tutulur.

Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir: "Artıq "ACWA Power" ilə əməkdaşlıq istiqamətində razılıq əldə olunub. Hazırda müqavilənin detalları dəqiqləşdirilir. Yaxın zamanda bu sənədin imzalanması planlaşdırılır".

Z.Mikayılov bildirib ki, forumda həmçinin beynəlxalq tərəfdaşlarla geniş müzakirələr aparılacaq: "Burada çoxlu beynəlxalq tərəfdaşlarımız iştirak edir. Məqsədimiz bu sahədə problemlərin həllində dünya təcrübəsindən yararlanmaqdır. Müxtəlif əməkdaşlıqlar, müqavilə və anlaşmalar nəzərdə tutulur. Onların bir qismi açıq elan ediləcək, bəziləri isə sürpriz olacaq".

Şəffaflıq.az


Geri qayıt