Əsas Səhifə > REGİON > Avstriya və Ermənistan Bakı-İrəvan münasibətlərinin normallaşmasını müzakirə edib
Avstriya və Ermənistan Bakı-İrəvan münasibətlərinin normallaşmasını müzakirə edib9-09-2025, 16:11 |
|
Avstriya və Ermənistan Bakı ilə İrəvan arasında əldə edilmiş Vaşinqton razılaşmalarını müzakirə edib. Bu barədə Şəffaflıq.az Ermənistan KİV-inə istinadən xəbər verir. Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 9-da Avstriyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Şurasının Xarici İşlər Komitəsinin sədri Petra Bayer və deputat Vayt Denqlerlə görüşüb. Görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində avqustun 8-də Vaşinqtonda imzalanmış sazişlər müzakirə edilib. Bundan əlavə, görüş iştirakçıları ikitərəfli əməkdaşlıq məsələlərinə toxunub, iqtisadi əlaqələrin inkişafının və investisiyaların cəlb edilməsinin vacibliyini vurğulayıblar. Geri qayıt |