Əsas Səhifə > SİYASƏT > Sabirabadda din xadimlərinin korrupsiya ilə mübarizədə rolu müzakirə edilib
Sabirabadda din xadimlərinin korrupsiya ilə mübarizədə rolu müzakirə edilibDünən, 13:59 |
Sabirabadda "Din xadimlərinin korrupsiya ilə mübarizədə və maarifləndirmədə rolu" mövzusunda tədbir keçirilib. Şəffaflıq.az xəbər verir ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu üzrə nümayəndəliyi və Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşları Elvin İbrahimov və Cəfərsadiq Cəfərli, Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, QMİ-nin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əliabbas Həsənov, eləcə də rayonun din xadimləri və dini icma sədrləri iştirak ediblər. Çıxış edənlər korrupsiya ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıblar. Qeyd olunub ki, dini maarifləndirmə tədbirləri korrupsiyaya qarşı ictimai rəyin formalaşmasında mühüm rol oynayır və bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsi vacibdir. Geri qayıt |