Əsas Səhifə > SİYASƏT > Pekin və Bakı arasında ticarət həcmi ilin sonuna qədər rekord həddə çatacaq
Pekin və Bakı arasında ticarət həcmi ilin sonuna qədər rekord həddə çatacaqBu gün, 16:31 |
Azərbaycan və Çin bu ilin sonuna qədər illik ticarət həcmini rekord səviyyəyə çatdırmağı planlaşdırır. Şəffaflıq.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey bu gün keçirilən brifinqdə bildirib. Diplomat ölkələr arasında ikitərəfli ticarətin artım tempindən danışıb: "Çin və Azərbaycan iqtisadiyyatı bir-birini tamamlayır və sənaye, investisiya əməkdaşlığı üçün böyük potensiala malikdir. Bu ilin iyun ayında Çin və Azərbaycan bazarlara giriş üzrə danışıqları başa çatdırıb. Bu da Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü üçün əhəmiyyətli təkan verib. Azərbaycanın statistik məlumatlarına görə, bu ilin ilk yeddi ayında Çin və Azərbaycan arasında ticarət həcmi 2,45 milyard dollar təşkil edib. Bu isə illik müqayisədə 26 % artım deməkdir. İllik ticarət həcminin rekord yüksək səviyyəyə çatacağı gözlənilir", - o bildirib. Lu Mey həmçinin əlavə edib ki, Çin Azərbaycanın dördüncü ticarət tərəfdaşı və əsas idxal istiqamətidir. Geri qayıt |