Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Əfqanıstan Azərbaycana yardım və həmrəyliyə görə minnətdarlığını bildirib
Əfqanıstan Azərbaycana yardım və həmrəyliyə görə minnətdarlığını bildiribDünən, 11:57 |
Əfqanıstan 2 mindən çox insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra yardım və həmrəyliyə görə Azərbaycan da daxil olmaqla beynəlxalq ictimaiyyətə təşəkkür edib. Şəffaflıq.az-ın məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib. "Əfqanıstan ölkələrə, beynəlxalq və humanitar təşkilatlara ölkənin şərqində baş vermiş son zəlzələlərin dağıdıcı nəticələri, o cümlədən çoxsaylı qurbanlar fonunda başsağlığı və yardım üçün minnətdardır", - paylaşımda qeyd olunub. Əfqanıstanın təşəkkür etdiyi dövlətlər arasında Azərbaycan da var. Xatırladaq ki, 6 maqnitudalı zəlzələ avqustun 31-də Əfqanıstanın şərqində baş verib. Nəticədə 2,2 mindən çox insan həlak olub, təxminən 4 min nəfər xəsarət alıb. Sentyabrın 1-də Azərbaycan XİN Əfqanıstana başsağlığı verib. Geri qayıt |