Əsas Səhifə > İdman > Avropa Kuboku: Azərbaycan millisi gümüş medal qazanıb
Avropa Kuboku: Azərbaycan millisi gümüş medal qazanıbDünən, 23:31 |
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda gümüş medal qazanıb. Şəffaflıq.az-ın məlumatına görə, yığma finalda Niderland seçməsi ilə üz-üzə gəlib. Komanda rəqibinə 16:21 hesabı ilə məğlub olub. Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13), yarımfinalda İspaniyanı (21:17) üstələyib. Millimiz tarixində ilk dəfə finalda çıxış edib. Geri qayıt |