Əsas Səhifə > Hadisə > Şəmkirdə ambulansın qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb
Şəmkirdə ambulansın qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıbDünən, 23:25 |
Şəmkir rayon ərazisində təcili tibbi yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb. Şəffaflıq.az-ın məlumatına görə, Şəmkir rayonunda "Mersedes" markalı avtomobillə ambulansın toqquşması nəticəsində tibb bacısı T. Ağayeva, təcili tibbi yardım avtomobilinin sürücüsü B.Əliyev və minik maşınının sürücüsü İ.Əliyev müxtəlif xəsarətlərlə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Qeyd edək ki, qəza nəticəsində həkimin xəsarət almadığı bildirilir. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |