Əsas Səhifə > XARİCİ XƏBƏR > Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampın təhdidinə cavab verib.
Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampın təhdidinə cavab verib.Bu gün, 08:45 |
Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampın təhdidinə cavab verib. Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, Maduro hazırda silahsız mübarizə mərhələsində olduqlarını, lakin "lazım gələrsə", silahları işə salacaqların bildirib. "Biz sülh tərəfdarıyıq, amma, eyni zamanda, döyüşçü bir millətik. Kimsə – nə bu gün, nə də gələcəkdə bizi əsarət altına ala bilər. ABŞ Venesuelada zorakılıq yolu ilə rejimi dəyişdirmək planlarından əl çəkməlidir. Əgər hücum olarsa, xalqımız milli, yerli və regional səviyyədə planlı və təşkilatlanmış şəkildə silahlı mübarizə mərhələsinə keçəcək", - Maduro qeyd edib. Venesuela xalqına hörmət olunmaq şərti ilə hər zaman dialoqa və danışıqlara açıq olduqlarını vurğulayan prezident: "Venesuellanın Karib dənizindəki ərazi suları xalqa məxsusdur. Sui-qəsdlər, təhdidlər, çevrilişlər və müdaxilələr Karib hövzəsi və Cənubi Amerikaya qayıtmamalıdır", - deyə bildirib. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Venesuela hərbi təyyarələrinin ölkəsinin Hərbi Dəniz Qüvvələrinə təhdid yaradacağı halda, onları vuracaqlarını açıqlayıb. Geri qayıt |