Əsas Səhifə > Kriminal > Bakıda marketdə adam öldürən şəxs saxlanıldı

Bakıda marketdə adam öldürən şəxs saxlanıldı


11-02-2020, 14:29

 

Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də gecə saatlarında, Xətai rayonu Zığ yolunda yerləşən marketlərin birində törədilən qətlin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü B.Əliyevi kürək nahiyyəsindən bıçaqlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü İsmayıl Ağəsənov şübhəli şəxs qisimində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şəffaflıq.az



Geri qayıt