Əsas Səhifə > ELM VƏ TƏHSİL > Kolleclərə qəbul olunanların qeydiyyat tarixi məlum olub

Kolleclərə qəbul olunanların qeydiyyat tarixi məlum olub


Bu gün, 11:58


Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə sentyabrın 9-u saat 11:00-da start veriləcək.

Şəffaflıq.az xəbər verir ki,  bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Belə ki, namizədlər portal.edu.az platformasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.


Geri qayıt