Əsas Səhifə > Hadisə > Sumqayıtda fərdi evdə yanğın baş verib, zərərçəkən var
Sumqayıtda fərdi evdə yanğın baş verib, zərərçəkən var4-09-2025, 09:52 |
Sumqayıtda fərdi evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib. Şəffaflıq.az məlumat verir ki, hadisə "Yaşıl dərə" adlanan ərazidə qeydə alınıb. Məlumata görə, yanğın 1981-ci il təvəllüdlü Səfərəliyev Sahib Novruz oğluna məxsus, ümumi sahəsi 110 kvadratmetr olan fərdi yaşayış evində olub. Hadisə zamanı ev sahibinin həyat yoldaşı, 1987-ci il təvəllüdlü Səfərəliyeva Zəfilə Canmirzə qızı tüstüdən zəhərlənib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, yanğın nəticəsində evin bir hissəsi yararsız hala düşüb. Hadisənin başvermə səbəbi araşdırılır. Geri qayıt |