Əsas Səhifə > ELM VƏ TƏHSİL > Gəncə, Göygöl, və Goranboyda məktəb direktorları vəzifəsinə təyinatlar olub
Gəncə, Göygöl, və Goranboyda məktəb direktorları vəzifəsinə təyinatlar olubDünən, 23:55 |
Gəncə şəhər 38 nömrəli tam orta məktəbin direktoru Ləman Həsənova şəhərin N.Gəncəvi adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin olunub. Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib. Gəncə şəhər 35 nömrəli ümumi orta məktəbin direktoru İlhamə Tağıyeva Gəncə şəhər 33 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyinat alıb. Gəncə şəhər 32 nömrəli məktəbin direktoru Tutu Hüseynova şəhərin İ.Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinə, Göygöl rayonu Fəxrəddin İmamquliyev adına Yalqışlaq kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Natiq Əmirov Samux rayonu İnstitut qəsəbə tam orta ümumtəhsil məktəbinə, Goranboy rayonu Hilal Abdullayev adına Nərimanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Eşqin Axundlu Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinə, Goranboy şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Əfsəl Dünyamalıyev rayonun Hazırəhmədli kənd tam orta ümumtəhsil məktəbinə direktoru vəzifəsinə, Göygöl rayonu Keşkü kənd tam orta ümumtəhsil məktəbinin direktoru Eldəniz Səttarov vəzifəsindən rayonun Cavanşir Nazarov adına Balçılı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyinat alıblar. Şəffaflıq.az Geri qayıt |