Əsas Səhifə > REGİON > Türkiyədə sərnişin avtobusu aşıb, 27 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu aşıb, 27 nəfər xəsarət alıb


Bu gün, 12:11


Şanlıurfada (Türkiyə) sərnişin avtobusu Şanlıurfa-Qaziantep yolunda aşıb.

Şəffaflıq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 27 nəfər yaralanıb.

Məlumata görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra onlar Şanlıurfa və Nizip xəstəxanalarına çatdırılıblar.

Vandan Hataya gedən avtobusda sürücü də daxil olmaqla 43 nəfər olub.

Qəzanın başvermə səbəbləri araşdırılır.


Geri qayıt