Əsas Səhifə > Hadisə > Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb
Sarayda 53 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıbDünən, 16:20 |
Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi açılıb. Bu barədə Abşeron rayon prokurorluğundan məlumat verilib. Araşdırma zamanı 1967-ci il təvəllüdlü Pərviz Məlikovun qardaşı arvadı 1972-ci il təvəllüdlü Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir. Şəffaflıq.az Geri qayıt |