Əsas Səhifə > Dünya > ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Türkiyəyə gələcək

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Türkiyəyə gələcək


10-02-2020, 19:20
 

Şəffaflıq.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin çərşənbə günü Türkiyəyə gələcəyi bildirilib.

İdlibdə gərginliyin artması ilə əlaqədar həm Rusiya, həm də ABŞ Türkiyə ilə danışıqlar masasına oturur. Bu gün Ankarada Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önalın başçılıq elədiyi nümayəndə heyəti Rusiya təmsilçilərini qəbul edərək danışıqlar keçirib.

Vaşinqton hakimiyyəti də İdlibdəki prosesi yaxından təqib edir, Türkiyə ilə diplomatik danışıqları davam etdirir.

Sedat Önalın başçılıq elədiyi Türkiyə heyəti daha sonra Ceyms Ceffrinin başçılıq elədiyi ABŞ heyətinini qəbul edəcək.

Ceffrinin Türkiyənin müdafiə naziri Hulusi Akarla da görüşəcəyi gözlənilir.

Görüşlərdə İdlibdəki son vəziyyət və atılan addımlar müzakirə ediləcək.
Geri qayıt