Əsas Səhifə > Hadisə > Saray qəsəbəsində 51 yaşlı qadın öldürülüb, qaynı şübhəli qismində saxlanılıb
Saray qəsəbəsində 51 yaşlı qadın öldürülüb, qaynı şübhəli qismində saxlanılıbDünən, 14:38 |
Abşeron rayonunun Saray qəsəbəsində 51 yaşlı qadın qətlə yetirilib, qaynı şübhəli bilinir. "Report"un yerli bürosunun məlumatına görə, Saray qəsəbəsində 1974-cü il təvəllüdlü Əminə Payızova öldürülüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmaya başlayıblar. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törətməkdə şübhəli bilinən 58 yaşlı Pərviz Məlikov saxlanılaraq istintaqa təhvil verilib. Şəffaflıq.az Geri qayıt |