Əsas Səhifə > Hadisə > Yardımlıda tikili yanır

Yardımlıda tikili yanır


Dünən, 12:55


Yardımlıda tikilidə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Yardımlı rayonu, Heydər Əliyev küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Şəffaflıq.az


Geri qayıt