Əsas Səhifə > SİYASƏT > Azərbaycan və Braziliya XİN-ləri arasında siyasi məsləhətləşmələrin beşinci raundu keçirilib

Azərbaycan və Braziliya XİN-ləri arasında siyasi məsləhətləşmələrin beşinci raundu keçirilib


Bu gün, 11:05


Braziliyada Azərbaycan və bu ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin beşinci raundu keçirilib.

Bu barədəŞəffaflıq.az Braziliya XİN-ə istinadən məlumat verib.

Məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin Braziliaya səfəri çərçivəsində keçirilib.

Siyasi məsləhətləşmələrə Braziliya tərəfdən ölkə XİN-in baş katibi Maria Laura da Roşa, Azərbaycan tərəfdən isə Elnur Məmmədov rəhbərlik edib.

Tədbir çərçivəsində ikitərəfli, regional və qlobal gündəliyə aid aktual məsələləri müzakirə edilib. Nazirliklərin nümayəndələri məmnunluqla qeyd ediblər ki, Azərbaycan və Braziliya arasında artıq otuz ildən çoxdur ki, diplomatik münasibətlər mövcuddur.

Turizm və təhsil sahələrinin, eləcə də parlamentlərarası əlaqələrin əməkdaşlığın ən aktual istiqamətləri olduğu bildirilib.

Daha sonra Elnur Məmmədov Braziliyanın xarici işlər naziri Maura Vieyra ilə ikitərəfli danışıqlar


Geri qayıt