Əsas Səhifə > Hadisə > Saatlıda 44 gün öncə elektrik vuraraq yanan şəxs xəstəxanada ölüb

Saatlıda 44 gün öncə elektrik vuraraq yanan şəxs xəstəxanada ölüb


Bu gün, 09:32


Saatlıda 44 gün qabaq yanan şəxs ölüb.

Şəffaflıq.az xəbər verir ki, Saatlı rayon Qaracalar kənd sakini, 1952-ci il təvəllüdlü Ağayev Teyyub Əyyub oğlu iyulun 7-də yük avtomobili ilə ot bağlaması daşıyarkən ot bağlaması elektrik naqilinə dəyib.

Nəticədə kişi yanıb.

O, aldığı yanıq xəsarətlərdən Bakı şəhəri Nərimanov Tibb Mərkəzinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq ötən gün xəstəxanada ölüb.

Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.


Geri qayıt