Əsas Səhifə > Hadisə > Salyanda yük və minik avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var
Salyanda yük və minik avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var1-09-2025, 09:35 |
Salyanda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb. Belə ki, şirkətlərdən birinə məxsus yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1978-ci il təvəllüdlü Zalıyev Daşqın Aydın oğlu hadisə yerində ölüb. Daha iki nəfər, yük maşınının sürücüsü, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Həsənəliyev Şükran Həşim oğlu və Salyan sakini, 1977-ci il təvəllüdlü Babayev Alik Əlifağa oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |