Əsas Səhifə > FUTBOL > "Araz-Naxçıvan" Çempionlar Liqasının ilkin mərhələsində sonuncu matçını keçirəcək

"Araz-Naxçıvan" Çempionlar Liqasının ilkin mərhələsində sonuncu matçını keçirəcək


Bu gün, 11:01


"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün sonuncu matçını keçirəcək.

Şəffaflıq.az xəbər verir ki, Azərbaycan çempionu Avstriyanın "Ljuti Krajişniçi" klubu ilə üz üzə gələcək. 

Qarşılaşma Linz şəhərindəki NMS İdman Sarayında, Bakı vaxtı ilə saat  21:30-da başlayacaq.

Görüşü  Filipe Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna) və Aleksandar Vangelov (Bolqarıstan) idarə edəcəklər.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda yer aldığı F qrupunda daha əvvəl Şimali İrlandiyanın "Sparta Belfast" klubunu 9:1, Şotlandiya təmsilçisi "PYF Saltires"i isə 7:2 hesabı ilə məğlub edib. 

UEFA Çempionlar Liqası   "Araz-Naxçıvan" klubu   futzal   Azərbaycan Futzal Federasiyası 

Geri qayıt