Əsas Səhifə > Hadisə > Bərdədə avtomobilin vurduğu 74 yaşlı kişi 4 gün sonra ölüb

Bərdədə avtomobilin vurduğu 74 yaşlı kişi 4 gün sonra ölüb


29-08-2025, 09:22


Bərdədə avtomobilin vurduğu 74 yaşlı kişi 4 gün sonra ölüb.

Şəffaflıq.az xəbər verir ki, avqustun 24-də 1997-ci il təvəllüdlü Nəbiyev Mirəli Yavər oğlu idarə etdiyi avtomobillə 1951-ci il təvəllüdlü Fətullayev Sahib Məmməd oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, S. Fətullayev ötən gün vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.


Geri qayıt