Əsas Səhifə > REGİON > Tacikistan və Cənubi Koreya "Mərkəzi Asiya - Koreya" dialoqu çərçivəsində əməkdaşlığı müzakirə edib

Tacikistan və Cənubi Koreya "Mərkəzi Asiya - Koreya" dialoqu çərçivəsində əməkdaşlığı müzakirə edib


Dünən, 14:48


Tacikistan Prezidenti Emoməli Rəhmon və Cənubi Koreya Prezidenti telefon danışığı zamanı "Mərkəzi Asiya - Koreya" dialoqu çərçivəsində əməkdaşlığın inkişafını müzakirə ediblər.

Bu barədə Şəffaflıq.az Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat verib.

Prezidentlər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər. Rəqəmsallaşma, sənayeləşmə, investisiya, əmək miqrasiyası, təhsil və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Tərəflər Tacikistanda sosial-iqtisadi proqramların həyata keçirilməsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) rolunu vurğulayıblar.

Bundan əlavə, beynəlxalq gündəliyə aid bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Geri qayıt