Əsas Səhifə > İdman > Azərbaycanı MMA üzrə beynəlxalq turnirdə dörd idmançı təmsil edəcək

Azərbaycanı MMA üzrə beynəlxalq turnirdə dörd idmançı təmsil edəcək


Bu gün, 12:38


Avqustun 30-da Tbilisi şəhərində GAMMA təşkilatının təşəbbüsü ilə keçiriləcək MMA üzrə beynəlxalq turnirdə Azərbaycan 4 idmançı ilə təmsil olunacaq.

Şəffaflıq.az xəbər verir ki, komandamızın heyətində Rəsul Rəhimov, Vasif Əhlimanov, Fəqan Rzayev və Musa Musazadə yer alıb.

İdmançılara baş məşqçi Fərid Əlibabazadə rəhbərlik edəcək.

Milli komanda bu gün Tbilisidə olacaq. Avqustun 29-da çəkiölçmə mərasimi baş tutacaq, ertəsi gün isə yarışa start veriləcək.

Turnirdə müxtəlif ölkələrdən döyüşçülərin iştirakı gözlənilir.


Geri qayıt