Əsas Səhifə > Hadisə > Naxçıvan hava limanında 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Naxçıvan hava limanında 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb


Bu gün, 10:32


Naxçıvanda hava limanında  oğurluq edən şəxslər saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində  qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər - 28 yaşlı Hüseyn  Həmzəyev və tanışı  20 yaşlı Səid Kərimli saxlanılıblar. 

Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 min manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər. 

Faktla bağlı cinayət işi başlanılıb.

#Naxçıvan   #hava limanı   #oğurluq   #cinayət   #Saxlanılma  

Geri qayıt