Əsas Səhifə > SİYASƏT > Uqanda Azərbaycanla illik gənclər dialoqu təşkil etməyi təklif edib

Uqanda Azərbaycanla illik gənclər dialoqu təşkil etməyi təklif edib


Bu gün, 16:32


Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimba müasir dünyada gənclər platformalarının əsas rolunu vurğulayıb.

Şəffaflıq.az xəbər verir ki, bunu C.Mulimba Bakıda Qoşulmama Hərəkatının Gənclər Təşkilatının üzvləri ilə görüşdə bəyan edib.

Nazir onların mühüm siyasi nəticələrin formalaşmasında əhəmiyyətini qeyd edib.

C.Mulimbanın sözlərinə görə, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Gənclər Təşkilatının qərargahının yaradılması təşəbbüsü "inanılmaz bir ideya" olub.

"Həmçinin Uqanda və Azərbaycan gəncləri arasında əməkdaşlığın genişləndirilməsi üçün bir sıra təkliflər irəli sürmək istərdim. Belə addımlar ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi üçün dinamik stimul ola bilər. Eyni zamanda, bərabərlik və ortaq dəyərlərə əsaslanan beynəlxalq tərəfdaşlığın yeni modelini yarada bilər", - o qeyd edib.

Dövlət nazirinin təklif etdiyi konkret təşəbbüslər arasında Uqanda və Azərbaycan arasında illik gənclər dialoqunun keçirilməsi də var. Nazirin sözlərinə görə, bu, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı anlaşma və əməkdaşlığı dərinləşdirməyə imkan verəcək.


Geri qayıt