Əsas Səhifə > ELM VƏ TƏHSİL > Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq


Bu gün, 12:19


Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədi ilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Qrupların komplektləşdirməsi prosesi 1-15 sentyabr tarixlərini əhatə edəcək. Komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.


Geri qayıt