Əsas Səhifə > Hadisə > Rusiyada zəlzələ olub, Azərbaycanda 3-4 bal gücündə hiss edilib
Rusiyada zəlzələ olub, Azərbaycanda 3-4 bal gücündə hiss edilibBu gün, 09:46 |
Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb. Şəffaflıq.az bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir. Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 11 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 3-4 bala qədər hiss olunub. Qeyd edək ki, təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Xınalıq, Qusar, Siyəzən, Xudat, Şabran, Xaçmaz, Xızı, Bakı və Sumqayıt və s. şəhərlərində hiss olunub. Geri qayıt |