Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya Donetskə zərbə endirib, 150-yə yaxın şəxs şaxtada qalıb
Rusiya Donetskə zərbə endirib, 150-yə yaxın şəxs şaxtada qalıbBu gün, 16:25 |
Rusiya ordusunun Dobropolye (Donetsk vilayəti) ərazisindəki 5 yaşayış məntəqəsini atəşə tutması nəticəsində 148 nəfər kömür şaxtasında qalıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” agentliyi məlumat yayıb. Qeyd olunur ki, atəş nəticəsində yerli şaxtalardan bir hissəsi elektrik enerjisindən məhrum olub, nəticədə mədənçilər oradan çıxa bilmirlər. Yerli sakinlərin sözlərinə görə, Dobropolye, Belozerskoye, Annovka, İverskoye və Svyatoqorovka atəşə tutulub. Geri qayıt |