Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İran Avstraliyanı cavab tədbirləri ilə hədələyib

İran Avstraliyanı cavab tədbirləri ilə hədələyib


Bu gün, 12:54


Avstraliyanın İran səfirini çıxarmaq qərarından sonra rəsmi Tehran cavab tədbirləri görəcəyini vəd edib.

Şəffaflıq.az “Al Arabia”ya istinadən verdiyi məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai həftəlik brifinqdə bildirib.

Məlumata görə, bu qərar Sidney və Melburnda hücumlarda Tehranın əli olması ittihamları fonunda qəbul edilib.

"İrəli sürülən ittihamlar tamamilə əsassızdır. Diplomatik səviyyədə hər hansı qeyri-münasib və əsassız hərəkətlər qarşılıqlı tədbirlərlə cavablandırılacaq", - o qeyd edib.


Geri qayıt