Əsas Səhifə > Hadisə > Goranboyda avtomobil aşıb, ölən və xəsarət alan var

Goranboyda avtomobil aşıb, ölən və xəsarət alan var


Bu gün, 09:28


Goranboy rayonu ərazisində minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Şəffaflıq.az-ın məlumatına görə, qəza nəticəsində 1989-cu il təvəllüdlü A.Həsənov aldığı xəsarətlərdən ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü F.Zeynalov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Geri qayıt