Əsas Səhifə > Hadisə > Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var
Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar varDünən, 16:38 |
Qəbələ rayonunda avtomobil qəzası baş verib, ölən və xəsarət alanlar var. Şəffaflıq.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Qəbələ şəhəri ərazisində qeydə alınıb. Belə ki, “VAZ-2106” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, 51 yaşlı İlham Abdurazakov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü, 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ”da olan sərnişinlər isə xəsarət alıblar. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Geri qayıt |