Əsas Səhifə > Hadisə > Biləsuvarda altı ay əvvəl baş verən avtoqəzada xəsarət alan yeniyetmə ölüb

Biləsuvarda altı ay əvvəl baş verən avtoqəzada xəsarət alan yeniyetmə ölüb


Dünən, 14:51


Biləsuvar rayonunda bu il martın 1-də avtomobil qəzasına düşən yeniyetmə vəfat edib.

Şəffaflıq.az-ın məlumatına görə, o, müalicə aldığı xəstəxanada bu gün həyatını itirib.

Qeyd edək ki, hadisə martın 1-də Biləsuvar- Bəhramtəpə avtomobil yolunun rayonun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınmışdı.

2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus olan "Niva" markalı avtomobili idarə edərkən idarəertməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıqlandırma dirəyinə çırpıldıqdan sonra aşıb.

Hadisə nəticəsində sürücü və sərnişin, 2011-ci il təvəllüdlü Tunar Əlizadə xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb.

Yaralılara zəruri ilkin tibbi yardım göstərilib və sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Lakin qapallı kəllə-beyin travması alan T.Əlizadə daha sonra ixtisaslaşmış xəstaxanalardan birinə yola salınaraq müalicəsini orada davam etdirirdi.


Geri qayıt