Əsas Səhifə > Gündəm > Azərbaycanda qarın hündürlüyü 43 sm-ə çatıb, temperatur mənfi 15 dərəcəyədək enib - FOTO

Azərbaycanda qarın hündürlüyü 43 sm-ə çatıb, temperatur mənfi 15 dərəcəyədək enib - FOTO


9-02-2020, 13:27

 

Ötən gün axşam saatlarında şimal bölgəsinin bütün rayonlarında hava şəraiti kəskin pisləyib və qar yağmağa başlayıb.

Şəffaflıq.az apa-ya istinadən xəbər verir ki, şimal bölgəsində ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 40 sm, Xaltanda 35 sm, Xızının Altıağac qəsəbəsində 36 sm, Qubanın mərkəzində 11 sm, Şabranda 2 sm, Xaçmazın Nabran kəndində 1 sm, Qusarın Yasab kəndində 15 sm olub.

Qubanın Qrız kəndində temperatur mənfi 15 dərəcəyədək enib.

Hazırda şimal bölgəsinə qar yağmaqda davam edir.


Geri qayıt