Əsas Səhifə > Hadisə > Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar veribBu gün, 16:49 |
Müğənni Rəqsanə İsmayılovanın barəsində olan həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin edilməyib. R.İsmayılova barəsində birinci instansiya məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qüvvədə saxlanılıb. Qeyd edək ki, onun barəsində avqustun 16-da 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. R.İsmayılova iki nəfər zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir. Geri qayıt |