Əsas Səhifə > Hadisə > Qazaxda köhnə xalça sexinin ərazisində yanğın olub
Qazaxda köhnə xalça sexinin ərazisində yanğın olubBu gün, 13:56 |
Qazax rayonu, Heydər Əliyev küçəsində köhnə xalça sexinin ərazisində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğının genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində açıq ərazidə 500 kv.m. sahədə quru ot və kol-kos yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Şəffaflıq.az Geri qayıt |