Əsas Səhifə > SAĞLAMLIQ > Novxanıda içməli su istehsalı müəssisəsində 19 litr suda uyğunsuzluq aşkarlanıb

Novxanıda içməli su istehsalı müəssisəsində 19 litr suda uyğunsuzluq aşkarlanıb


Bu gün, 11:20


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Novxanıda fəaliyyət göstərən içməli su istehsalı müəssisəsində uyğunsuzluq aşkarlayıb.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.

Bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu müəyyən edilib.
Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.

Şəffaflıq.az


Geri qayıt