Əsas Səhifə > XARİCİ XƏBƏR > BMT İsrailin Qəzza şəhərini ələ keçirmək planlarına qarşı çıxıb.
BMT İsrailin Qəzza şəhərini ələ keçirmək planlarına qarşı çıxıb.Bu gün, 08:50 |
BMT İsrailin Qəzza şəhərini ələ keçirmək planlarına qarşı çıxıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik keçiridyi brifinqdə danışıb. "Biz buna (Qəzzanın ələ keçirilməsinə - red.) qətiyyətlə qarşı çıxmışıq. Tamamilə aydındır ki, bu, münaqişənin mövcud mərhələsinin başlanğıcından bəri dəfələrlə yurdlarından didərgin salınmış insanların növbəti kütləvi yerdəyişməsinə səbəb olacaq", - deyə o bildirib. Xatırladaq ki, avqustun 20-də İsrail Müdafiə Qüvvələrinin sözçüsü general-mayor Effi Defrin Qəzza şəhərinin ətraflarının nəzarətə götürülməsi üçün əməliyyatların başladığını açıqlayıb. Geri qayıt |