Əsas Səhifə > Hadisə > Gədəbəydə ev yanıb, tüstüdən zəhərlənən var

Gədəbəydə ev yanıb, tüstüdən zəhərlənən var


20-08-2025, 09:36


Gədəbəydə ev yanıb, tüstüdən zəhərlənən var

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Fərdi evdə baş vermiş yanğın zamanı 1959-cu il təvəllüdlü Q.Məmmədəliyev tüstüdən zəhərlənib. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt