Əsas Səhifə > REGİON > İrəvanda Paşinyanın Pezeşkianla görüşü başlayıb
İrəvanda Paşinyanın Pezeşkianla görüşü başlayıbDünən, 10:54 |
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvana ilk dəfə rəsmi səfərə gələn İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Təntənəli qarşılanma mərasimi Paşinyanın iqamətgahında keçirilib. M.Pezeşkian Ermənistana dünən gəlib. Uçuşdan əvvəl o bildirib ki, İrəvana səfərinin əsas mövzusu "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı olacaq. Prezident həmçinin qeyd edib ki, "Şərq-Qərb" marşrutu ticarət üçün mühüm platforma ola bilər. Onun sözlərinə görə, Ermənistanla energetika, nəqliyyat, investisiya, səhiyyə və turizm sahələrində əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçiriləcək. Geri qayıt |