Əsas Səhifə > ELM VƏ TƏHSİL > Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu başlayıb

Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu başlayıb


18-08-2025, 16:11


Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.

Şəffaflıq.az xəbər verir ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi sentyabrın 1-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər

miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsilli, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.


Geri qayıt