Əsas Səhifə > Hadisə > Salyanda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var
Salyanda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var18-08-2025, 14:13 |
Salyanda yol-nəqliyyat hadisəsi olub. Şəffaflıq.az-ın məlumatına görə, avtoqəza rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Salyanın Şəkərli kənd sakini, 1955-ci il təvəllüdlü Qəribxan Yunus oğlu Qəfərov hadisə yerində ölüb. Digər iki sərnişin - 1962-ci il təvəllüdlü Şahlar Bolşevik oğlu Rzayev və 1982-ci il təvəllüdlü Sevinc Əlhüseyn qızı Qasımova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |